DÜNYA


Moskva ətrafında atışma: dörd nəfər ölüb, iki nəfər yaralanıb

Bakı, 10 iyun, AZƏRTAC

Şənbə günü Moskva ətrafındakı Ramensk rayonunun Kratovo qəsəbəsinin sakini evində barrikada quraraq insanlara atəş açmağa başlayıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, insident nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları evi mühasirəyə alsalar da, cinayətkar aradan çıxaraq meşəyə qaçıb. Bu zaman o, evi yandırıb.

Son məlumata görə, cinayətkarın gizləndiyi yer müəyyənləşib və o, mühasirəyə alınıb. Hüquq mühafizə orqanlarından RİA Novosti agentliyinə verilən məlumata görə, hazırda atışma davam edir.

Bir qədər əvvəl Rusiya qvardiyasının döyüşçüləri evə hücum etməyə cəhd göstəriblər. Buna cavab olaraq atıcı xüsusi təyinatlı dəstənin əməkdaşlarını atəşə tutub və iki qumbara atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.