DÜNYA


Moskva ətrafında evinin pəncərəsindən atəş açan şəxs 4 nəfəri qətlə yetirib

Moskva, 10 iyun, AZƏRTAC 

Moskva ətrafındakı Ramensk rayonunun Kratovo qəsəbəsində Çeçenistanda hərbi qulluq keçmiş İqor Zenkov yaşadığı evin pəncərəsindən atəş açaraq 4 nəfəri qətlə yetirib. Daha 3 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda evə hücum hazırlanır. Atəş açan şəxsin ruhi xəstə olduğu bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.