DÜNYA


Moskva ətrafında xüsusi əməliyyat yekunlaşıb, “Kratovo atıcısı” zərərsizləşdirilib

Bakı, 11 iyun, AZƏRTAC

Moskva ətrafındakı Ramensk rayonunun Kratovo qəsəbəsində insanlara atəş açan şəxs DİN və Rosqvardiyanın həyata keçirdiyi xüsusi əməliyyatın gedişində zərərsizləşdirilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, cinayətkar qanun keşikçilərinə ciddi müqavimət göstərib. Polisin və Rosqvardiyanın əlavə qüvvələrinin, iki zirehli avtomobilin cəlb olunduğu əməliyyat bir neçə saat davam edib. Atışma zamanı dörd “OMON”-çu zərər çəkib.

Xatırladaq ki, şənbə günü Kratovo qəsəbəsinin sakini evində barrikada quraraq ətrafdakılara atəş açıb. İnsident nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları evi mühasirəyə alsalar da, cinayətkar aradan çıxaraq meşəyə qaça bilib.

“Kratovo atıcısı”nın FHN-in sabiq əməkdaşı olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.