DÜNYA
Moskva məktəblərində valideynlər uşaqlarına virtual nəzarət edə biləcəklər
Moskva, 25 aprel, AZƏRTAC
Rusiya paytaxtının bütün məktəblərində “Keçid və qidalanma” layihəsi həyata keçirilir. Moskva meriyasının saytında yerləşdirilmiş məlumata görə, bu ilin sonunadək şəhərin bütün məktəblərində layihənin həyata keçirilməsi başa çatdırılacaq.
“Keçid və qidalanma” layihəsi çərçivəsində şagirdin sosial kartı və ya “Moskvenok” qolbağından istifadə edən məktəblilərin valideynləri onlayn rejimdə mos.ru saytında, yaxud “Moskvanın dövlət xidmətləri” əlavəsindəki virtual şəxsi kabinetləri vasitəsilə övladlarının məktəbə davamiyyəti və təhsil ocağının bufetində qidalanması barədə məlumat əldə edə bilirlər. Bundan əlavə, valideynlər bufetdə bəzi qida məhsullarının alınmasına elektron qadağa da qoya bilirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva