CƏMİYYƏT


Moskva mərkəzi dairəvi dəmir yolunda “Zorge” stansiyası açılıb

A+ A

Moskva, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Moskva mərkəzi dairəvi dəmir yolunda əslən Bakıdan olan əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adını daşıyan yeni stansiya açılıb.

Dairəvi dəmir yolunun ən böyük stansiyasından əsasən Rusiya paytaxtının Xoroşevski və Xoroşevo-Mnevniki rayonlarının 240 minə yaxın sakini istifadə edəcək. Sutkada 3,5 min sərnişinə xidmət göstərəcək stansiya Mərkəzi Ordu İdman Klubunun yeni istifadəyə verilmiş stadionuna yaxındır.

R.Zorge 1895-ci ildə Bakıda anadan olub. Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olan Rixard Zorge İkinci Dünya müharibəsi illərində Almaniya və Yaponiyada fəaliyyət göstərib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.