REGİONLAR


Moskva teatrının Şəki festivalındakı çıxışı tamaşaçıların böyük marağına səbəb olub VİDEO

A+ A

Şəki, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının beşinci günü, sentyabrın 19-da tamaşaçılar xarici ölkədən gəlmiş daha bir kollektivin – Moskvanın “Trikster” teatrının təqdim etdiyi “Bədən üzvləri” səhnə əsərinə baxıblar.

AZƏRTAC xəbər verir ki, Şəki Dövlət Dram Teatrında oynanılan tamaşanın quruluşçu rejissoru Vyaçeslav İqnatov, quruluşçu rəssamı Anna Şmidt, bəstəkarı Alofur Ornaldsdır.

Tamaşada rolları Mariya Litvineva, Nataliya, Denis Borodotski və Vyaçeslav İqnatov oynayıblar.

İşıq-kölgə effektlərindən geniş istifadə olunan tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanın sonunda kollektivə festivalın təşkilatçıları tərəfindən hədiyyə təqdim olunub.

Festival çərçivəsində sentyabrın 20-də Şəki teatrında Gürcüstandan gəlmiş daha bir kollektivin – N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrının çıxışı olacaq.

Həmin gün daha bir tamaşa Mingəçevir şəhərində oynanılacaq. Azərbaycan Dövlət Rus Dram Teatrı mingəçevirli tamaşaçılara Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.