DÜNYA


Moskvada 13 ton qırmızı kürü oğurlanıb

A+ A

Moskva, 8 noyabr, AZƏRTAC 

Moskvadakı kommersiya firmalarından birindən 23,5 milyon rubl dəyərində 13 ton qırmızı kürü oğurlanıb. Bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər firmanın ərazisinə daxil olaraq konteynerlərdə dəlik açıblar. Qarətçilər içərisində ümumilikdə 13 ton qırmızı kürü olan plastmas qabları oğurlayıblar.

Faktla bağlı cinayət işi açılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.