DÜNYA
Moskvada Avropanın ən hündür binası tikilir
Bakı, 28 avqust, Ramiz Quliyev, AZƏRTAC
Moskvanın mərkəzi hissəsində Avropanın ən hündür binasının - “Federasiya qülləsi”nin inşası davam edir.
AZƏRTAC “Arxinovosti” saytına istinadla xəbər verir ki, nadir konstruksiyaya malik göydələnin inşasında xüsusi möhkəmliyi ilə seçilən B90 markalı betondan istifadə olunub. Göydələnin tikintisində müxtəlif innovativ texnologiyalar və nou-hau tətbiq edilib.
Binanın ümumi sahəsi 4 min kvadratmetr, ən hündür nöqtəsində quraşdırılan günbəzin çəkisi isə 400 ton təşkil edir. Günbəzin altında yerləşən platin apartamentlərdən şəhərə gözəl mənzərə açılır.
Əsas tikinti işlərinin bu ilin noyabrında yekunlaşacağı gözlənilir. Bina gələn il təhvil veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]