DÜNYA


Moskvada Avropanın ən hündür binasının inşası bu il başa çatdırılacaq

Bakı, 5 avqust, AZƏRTAC

Moskvada Avropanın ən hündür göydələninin - "Moskva-Siti" kompleksində yerləşən "Federasiya" qülləsinin inşasının bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, bu barədə Moskva merinin müavini məlumat verib. Hündürlüyü 374 metr olan "Federasiya" qülləsi "Moskva-Siti" işgüzar mərkəzinin flaqman layihəsidir. Göydələn iki qüllədən ibarətdir: 63 mərtəbəli qüllə və 95 mərtəbəli "Şərq" qülləsi. İki qüllə ticarət mərkəzi yerləşən daha bir bina ilə birləşdirilib.

Ümumiyyətlə, "Moskva-Siti" kompleksinin bütün obyektlərinin tikintisinin 2019-cu ilədək başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.