MƏDƏNİYYƏT


Moskvada “Azərbaycan multikulturalizm ölkəsidir” adlı fotosərgi açılacaq

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Moskvada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan multikulturalizm ölkəsidir” adlı fotosərgi açılacaq. Sərgi Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı ilə baş tutacaq. Fotosərginin təşkilinə, həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Media Mərkəzi və ArtFaktor dəstək verir.

Fotosərgidə Azərbaycanda fəaliyyət göstərən fotoqraflarla yanaşı, AZƏRTAC-ın fotoları da nümayiş olunacaq. Sərgidə, həmçinin Bakı Media Mərkəzinin “Bir günəş altında” filmi göstəriləcək.

Fotosərginin açılışına Rusiyanın Dövlət Dumasının deputatları, mədəniyyət xadimləri, Moskvada olan diplomatik nümayəndəliklər, Rusiya Azərbaycan Gənclər Təşkilatı, Rusiya Fotorəssamlar İttifaqı və digər qurumların təmsilçiləri dəvət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.