CƏMİYYƏT


Moskvada Beynəlxalq İslam Biznesi Assosiasiyası açılıb

Moskva, 17 fevral, AZƏRTAC 

Moskvada Beynəlxalq İslam Biznesi Assosiasiyası (BİBA) açılıb.

Mərasim Rusiya və beynəlxalq biznes elitasının nümayəndələrini, Rusiya, Azərbaycan, Türkiyə, Qazaxıstan maliyyəçilərini, RF-nin böyük konfessiyalarının dini liderlərini bir araya gətirib. Açılış mərasimində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov, ÜAK rəyasət heyətinin üzvləri Mehrac Babayev, İlqar Hacıyev, Əlizaman Rəhimov, Kamran Rüstəmov və başqaları iştirak ediblər.

Tədbirdə BİBA prezidenti Marat Kabayev yeni təşkilatın məqsəd və vəzifələri haqqında danışıb. Onun sözlərinə görə, BİBA-nın məramı beş qitənin müxtəlif ölkələrindən müsəlman sahibkarları birləşdirməkdir. Assosiasiyanın vəzifələrinə görüş və diskussiyalar üçün meydança yaratmaq, beynəlxalq müqavilə və sazişlərin bağlanmasına və birgə tədbirlərin keçirilməsinə kömək göstərmək də daxildir.

M.Kabayev bildirib ki, assosiasiyaya “halal məhsul istehsal edən, yəni nə siqaret, nə alkoqol, heç bir zərərli məhsul istehsal etməyən” istənilən sahibkar daxil ola bilər.

Azərbaycanın Rusiyadakı diasporu adından Fazil Qurbanov çıxış edərək Beynəlxalq İslam Biznesi Assosiasiyasının yaradılması münasibətilə təbriklərini çatdırıb. O, Rusiya Prezidenti Vladimir Putinin Rusiyada islam və xristianlığın unikal mədəni məkan yaratması və harmoniya mühitində mövcudluğu barədə sözlərini xatırlayıb.

Fazil Qurbanov ÜAK adından Marat Kabayevə “İstoriya islama” (“İslam tarixi”) kitabını hədiyyə edib.

Açılış mərasimində, həmçinin Beynəlxalq İslam Biznesi Assosiasiyası çərçivəsində reallaşdırılacaq xeyriyyə və ekologiya proqramları təqdim olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.