İQTİSADİYYAT


Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib VİDEO

A+ A

Moskva, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 71-ci iclası keçirilib.

Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər.

İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətinə dair kompleks məsələlər daxil edilib.

İclas iştirakçıları azad ticarət zonası haqqında müqavilənin müddəalarının yerinə yetirilməsinin, MDB ölkələrinin 2010-cu ilədək İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin həyata keçirilməsinin gedişini müzakirə ediblər. İclasda MDB ölkələrinin atom enerjisindən dinc məqsədlərlə istifadə olunması sahəsində əməkdaşlığına dair çərçivə proqramı, MDB məkanında malların gömrük qiymətlərinin müəyyənləşdirilməsinə nəzarət üçün informasiya mübadiləsi barədə saziş layihəsi, istehlakçıların hüquqi maarifləndirilməsi və s. məsələlər müzakirə olunub. Həmçinin Rusiyada sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində antiinhisar orqanlarının rolu barədə məruzə dinlənilib.

İclasda bir sıra büdcə və maliyyə məsələləri, təşkilati məsələlər də nəzərdən keçirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.