SİYASƏT


Moskvada MDB-nin 25 illiyinə həsr edilmiş Açıq Beynəlxalq Forum keçiriləcək

A+ A

Moskva, 3 noyabr, AZƏRTAC

Noyabrın 9-10-da Moskvada “MDB-nin 25 illiyi: qarşılıqlı anlaşma, əməkdaşlıq, inkişaf” mövzusunda Açıq Beynəlxalq Forum keçiriləcək. Media tərəfdaşlarından biri AZƏRTAC olan bu forumun təşkilatçısı Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq Məsələləri üzrə Federal Agentlikdir (“Rossotrudniçestvo”).

Forumda birgə humanitar layihələrin səmərəsinin artırılması, elmi dairələrin, təhsil və biznes dairələrinin rolunun gücləndirilməsi, habelə MDB üzvü olan dövlətlərin çoxtərəfli humanitar əməkdaşlığı ilə əlaqədar qarşıda duran digər məsələlərin panel diskussiyaları, tematik konfranslar, “dəyirmi masa”lar və layihə seminarları çərçivəsində müzakirə edilməsi planlaşdırılır.

Forumun işində MDB İcraiyyə Komitəsinin, MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, diplomatik xidmətlərin, federal və regional qanunvericilik və icra hakimiyyəti orqanlarının, ictimai, dini, qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri, mədəniyyət xadimləri və KİV təmsilçiləri iştirak edəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.