SİYASƏT


Moskvada MDB-yə üzv ölkələrin xarici işlər nazirləri arasında məsləhətləşmələr keçiriləcək

A+ A

Bakı, 24 avqust, AZƏRTAC 

Sentyabrın 2-də Moskvada MDB-yə üzv ölkələrin xarici işlər nazirləri arasında məsləhətləşmələr keçiriləcək.

AZƏRTAC xəbər verir ki, toplantı BMT Assambleyasının 71-ci sessiyasının gündəliyinə həsr olunacaq. Qeyd edək ki, qurumun Baş Assambleyasının 71-ci sessiyası sentyabrın 13-26-da BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahında baş tutacaq.

Sessiyanın gündəliyinə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət və GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq, təhlükəsizlik və inkişaf üçün fəsadları ilə bağlı qətnamə layihələri də salınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.