Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moskvada Respublika Günü münasibətilə təntənəli qəbul olub VİDEO

Moskva, 28 may, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə təntənəli qəbul təşkil edib.

Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını ölkəmizin ən mühüm dövlət bayramlarından biri olan Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, bu gün Azərbaycan üçün əlamətdardır. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 98-ci ildönümü qeyd olunur. Suverenlik qazanan Azərbaycan xalqı bu tarixə böyük diqqət və həssaslıqla yanaşır. AXC-nin müstəqilliyinin elan edilməsinin ölkəmizin tarixində ilk xalq hakimiyyəti təcrübəsi olduğunu bildirən səfir deyib: “Bu dövlət öz vaxtını qabaqlayan tarixi fenomen olub. Çünki müsəlman Şərqində ilk dəfə olaraq demokratik dəyərlər və prinsiplər bərqərar edilib. AXC parlamentində Azərbaycan ərazisində fəaliyyət göstərən bütün partiyaların fraksiyaları yaradılıb. Parlamentdə azərbaycanlılarla bərabər, ölkəmizin ərazisində yaşayan bütün millətlərin və xalqların nümayəndələri təmsil olunub”.

Səfir vurğulayıb ki, AXC-nin həyata keçirməyə başladığı ideyalar bu gün müstəqil Azərbaycan tərəfindən uğurla reallaşdırılır. XX əsrin sonunda daha bir tarixi şans qazanan ölkəmiz öz müstəqilliyini bərpa edə bilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı ikitirəlikdən, parçalanmaqdan xilas edib, labüd fəlakətin qarşısını alıb. Heydər Əliyev zəngin siyasi təcrübəsi, möhkəm əzmi və qətiyyəti sayəsində müstəqil dövləti məhvə sürükləyən problemləri həll edib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizindən çoxunun işğal edildiyi son dərəcə ağır vəziyyətdə öz ölkəsində qaçqına çevrilən bir milyondan çox məcburi köçkün ordusu yaranmışdı. Heydər Əliyev ölkədə yaranmış böhranı həll edir, Azərbaycan beynəlxalq məkanda özünə layiqli yer tutur, inamla sabit inkişaf yoluna qədəm qoyur.

P.Bülbüloğlu bildirib ki, müasir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünya siyasətinin əhəmiyyətli amilinə çevrilməkdədir. Belə vəziyyət ilk növbədə obyektiv səbəblər - siyasi sabitlik, sabit iqtisadi yüksəliş, çoxvektorlu xarici siyasətin formalaşması ilə şərtlənir. Bu siyasətin Rusiya vektoru ən mühüm istiqamətlərdən biridir. Bakı və Moskvanın bir məsələdə yekdil olduğunu bildirən səfir deyib: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu maraqlar qarşılıqlı surətdə əlaqədardır və bir-birini tamamlayır”.

Cənubi Qafqaz regionunda sabitliyi pozan, sülhə təhlükə yaradan əsas amilin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi olduğunu bildirən Polad Bülbüloğlu deyib: “Ölkəmiz coğrafi mövqeyi və iqtisadi potensialı sayəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm əlaqələndiricisi rolunu oynayır. Bu istiqamətdə Rusiya Federasiyasının da iştirak etdiyi üçtərəfli əməkdaşlığın perspektivli formatları fəal inkişaf edir. Mehriban qonşuluq və dostluq ənənələrinə sadiq olan Azərbaycan Qafqaz-Xəzər regionunun gələcək inkişafına sanballı töhfə vermək, burada sülh və sabitliyi təmin etmək istiqaməti seçib. Amma əməkdaşlıq potensialını tam inkişaf etdirmək üçün ona mane olan amilləri aradan qaldırmaq lazımdır. Ölkəmizin ərazisinin işğal edilməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş rayonlardan tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin yerinə yetirilməməsi regionda, bütövlükdə ATƏT məkanında sabitliyi pozan və sülhə təhlükə yaradan əsas amildir. Bu yaxınlarda - aprel ayında münaqişə zonasında hərbi toqquşmalar zamanı mülki əhalini və obyektləri şiddətli atəşə tutan, o cümlədən tərkibində ağ fosfor olan mərmilər istifadə edən Ermənistanın təxribat xarakterli hücumlarının qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması bunu təsdiq etdi. Bu gün mən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş gənclərini xatirəsini anmağı təklif edirəm”.

Səfir qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq vasitəçiliyin köməyi və danışıqlar yolu ilə sülhlə həllinin tərəfdarıdır. Buna görə də biz dünya birliyinin bütün məsul üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpasının və onun ərazisinin işğalının dayandırılmasının vacibliyinə dair prinsipial mövqe nümayiş etdirəcəklərinə ümid bəsləyirik. Burada xüsusi rol, şəksiz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in münaqişənin həlli üzrə Minsk qrupunun həmsədri və Cənubi Qafqaz, o cümlədən Azərbaycan ilə həm coğrafi, həm də tarixi baxımdan sıx bağlı olan bir ölkə kimi Rusiyaya məxsusdur. Səfir deyib: “Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasinin, xarici ölkələrin səfirlərinin, səfirlik nümayəndələrinin burada olmalarından istifadə edərək bir daha bəyan edirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç bir danışıqların mövzusu ola bilməz”. P.Bülbüloğlu əmin olduğunu bildirib ki, tezliklə münaqişənin həlli istiqamətində real addımlar atılacaq, bununla da təkcə Azərbaycanın deyil, bütün region ölkələrinin inkişafına daha əlverişli şərait formalaşacaq. Səfir fikrini belə yekunlaşdırıb: “Ölkəmiz Qafqazda sülh və firavanlığı bərqərar etmək üçün daha böyük səylər göstərəcək”.

Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edən Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin bildirib ki, ölkələrimizi təməlində hüquq bərabərliyi, mehriban qonşuluq, əsrlərə söykənən dostluq ənənələri, ümumi tarix və mədəniyyət olan strateji münasibətlər bağlayır. Rusiyalı diplomat deyib: “2014-cü ildə biz əmtəə dövriyyəsinin dörd milyard dollar həcmində rekord səviyyəsinə nail olduq. İndi əməkdaşlığın ilk növbədə nəqliyyat, neft-qaz, aqrar-sənaye və əczaçılıq sahələrində stimullaşdırılmasının optimal yollarını axtarırıq. Regionlararası mexanizmlərdən, habelə özəl-dövlət tərəfdaşlığı potensialından maksimum səmərəli istifadə olunacağına ümid bəsləyirik. Varisi olduğumuz ümumi dil, təhsil və mədəni məkanın möhkəmlənməsini önə çəkməklə humanitar sahədə qarşılıqlı fəaliyyət daimi prioritet olaraq qalmaqdadır. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən birgə layihə - Bakı Beynəlxalq Humanitar Forumu dünyada geniş tanınan lazımlı məkana çevrilib.

Q.Karasinin fikrincə, bugünkü ikitərəfli münasibətlər möhkəm təməl üzərində qurulub. Regionlar, idarələr, ilk növbədə daim əlaqə saxlayan dövlət başçılarımız Vladimir Putin və İlham Əliyev arasında qarşılıqlı etimada əsaslanan səmimi münasibətlər yaranıb, parlamentlərarası əlaqələr dinamik inkişaf edir, xarici siyasət idarələrinin başçıları müntəzəm görüşürlər. Q.Karasin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ATƏT-in Minsk qrupu, Xəzəryanı beş ölkə, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və BMT çərçivəsində səmərəli dialoq mövcuddur. Rusiya xarici işlər nazirinin müavini deyib: “Bu il Azərbaycanın Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın sədri Yaqub Eyyubovun, Azərbaycanın səfiri Polad Bülbüloğlunun ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə şəxsi töhfələri layiqincə qeyd edilib. Rusiyada bizim ümumi gələcəyimizə ürəkdən inanırlar, cənub qonşumuzu çiçəklənən və geniş əməkdaşlığa açıq olan ölkə kimi görmək istəyirlər”.

Tədbirdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, iki ölkə ictimaiyyətinin nümayəndələri, siyasətçilər, mədəniyyət xadimləri iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Respublika Günü münasibətilə təntənəli qəbul olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir