MƏDƏNİYYƏT


Moskvada “SSRİ-də doğulmuşlar” adlı konsert proqramı təşkil olunacaq

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Moskvanın A.Çaykovski adına konsert zalında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri sənətçilərinin iştirakı ilə “SSRİ-də doğulmuşlar” adlı konsert proqramı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, konsertdə MDB ölkələrinin bir sıra mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq Artisti Samir Cəfərov da iştirak edəcək. Həmyerlimiz konsertdə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin bir sıra əsərlərini səsləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.