İDMAN
Moskvada futbol üzrə dünya çempionatının püşkü atılır: mərasimi Rusiya Prezidenti açıb
Moskva, 1 dekabr, AZƏRTAC
Bu dəqiqələrdə Moskvada futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, mərasimi Rusiya Prezidenti Vladimir Putin açıb.
O, çıxış edərək bildirib ki, turnirin oyunlarında qələbə püşkatmadan fərqli olaraq, bəxtdən deyil, mübarizə əzmindən asılıdır. Rusiyanın çempionatı ən yüksək səviyyədə keçirmək niyyətində olduğunu deyən V.Putin əminlik ifadə edib ki, öz komandalarını dəstəkləmək üçün Rusiyaya gələcək azarkeşlər də ölkədən xoş təəssüratlarla qayıdacaqlar.
Rusiya lideri çempionatın final mərhələsində iştirak edən 32 komandanın üzvlərinə uğurlar arzulayıb, komandaların azarkeşlərini Rusiyaya dəvət edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [19:28]
Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub
- 21.05.2024 [18:56]
Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub
- 21.05.2024 [18:03]
Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib
- 21.05.2024 [17:53]
Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib
- 21.05.2024 [16:58]
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
- 21.05.2024 [16:43]
“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib
- 21.05.2024 [15:10]
Toni Kroos karyerasını başa vuracağını açıqlayıb
- 21.05.2024 [14:51]