İQTİSADİYYAT


Moskvada gömrük tənzimlənməsi ilə bağlı beynəlxalq konqres keçiriləcək

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Moskvada “Gömrük tənzimlənməsi-2016 Payız: gömrük sferasında inzibati və məhkəmə müraciətləri” üzrə VI beynəlxalq konqres keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə bu sahədə fəaliyyət göstərən şəxslər konfransda iştiraka dəvət olunurlar. Konfransın əsas məqsədi gömrük qanunvericiliyində son yeniliklərin, aktual məsələlərin, mübadilə praktikasının, yeni ideyaların müzakirə olunmasını və qanunvericiliyin təkmilləşdirilməsidir.

Tədbir Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası, Dövlət Duması, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Federal Gömrük Xidməti, Ticarət-Sənaye Palatasının Daşınmaz Əmlak üzrə Komitəsi və digər sahəvi agentliklərin dəstəyi əsasında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.