SİYASƏT


Moskvada hərbçilərin beynəlxalq yarışları başa çatıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 13-də Moskva şəhərində, Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Mərasimdə Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və 23 nominasiya üzrə müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Müdafiə naziri tankçılarlarımızla görüşüb, onların ilk dəfə olaraq belə bir mötəbər yarışa qatılaraq Azərbaycanı layiqincə təmsil etdiklərini vurğulayıb və onlara xidmətlərində uğurlar arzulayıb.

“Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Xatırladaq ki, iyulun 30-dan başlayan hərbçilərin beynəlxalq yarışlarının “Tank biatlonu” və “Xəzər kuboku” müsabiqələrində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri hər iki nominasiyada müxtəlif mərhələlərdə qaliblər sırasında olmaqla ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.