MƏDƏNİYYƏT


Moskvada keçirilən müsabiqədə Azərbaycanın 11 nəşri qalib gəlib

Bakı, 8 iyun, AZƏRTAC

Moskvada keçirilən MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin iclası keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, XIV Beynəlxalq “Kitab sənəti” müsabiqəsinə MDB-yə üzv olan dövlətlərin təmsilçiləri tərəfindən bütün nominasiyalar üzrə 89 adda kitab təqdim edilib.

Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə sözügedən müsabiqəyə Azərbaycan Respublikası adından müxtəlif nominasiyalarda iştirak üçün 14 adda kitab göndərilib. Bu kitablardan 11-i müsabiqənin əsas nominasiyalar üzrə qalib gəlmiş və müxtəlif dərəcəli diplomlarla təltif olunub. Bunlardan Səlim Babullaoğlunun “Rasim Əliyev. Xatirələr” kitabı “Qran-pri” nominasiyası üzrə finalçı və “Qran-pri” laureatı diplomuna layiq görülüb.

Müsabiqədə qalib gəlmiş 11 kitabdan beşi Mədəniyyət və Turizm Nazirliyinin nəşridir.

Qeyd edək ki, kitablara verilən mükafatlar cari ilin sentyabr ayında Moskva Beynəlxalq Kitab Sərgisində Azərbaycan nümayəndə heyətinə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.