CƏMİYYƏT


Moskvada məktəblilərin sağlam həyat tərzinin formalaşması mövzusunda konfrans keçirilib

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Moskvada “Müasir şəraitdə məktəblilərin sağlam həyat tərzinin formalaşması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində sağlam məktəb şəbəkəsinin inkişafı” layihəsinə və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin elmi-praktik tədbirlər planına uyğun olaraq təşkil olunub.

Konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri təmsil ediblər.

İki gün davam edən tədbir çərçivəsində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində uşaq sağlamlığına dair milli fəaliyyət strategiyası, uşaqlara sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin aşılanması, onların təhlükəsizliyinin təmin olunması, sağlam qidalanması və həyat şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə olunub. Həmçinin məktəblilər, yeniyetmə və gənclərin sağlamlıq haqqında biliklərinin artırılması, sosial-mədəni, etnik xüsusiyyətləri nəzərə alınaraq onların maarifləndirilməsi, sosial şəbəkələrin və kütləvi kommunikasiya vasitələrinin uşaqların həyatına təsirləri müzakirə olunub. Bu təsirlərin uşaqların psixoloji vəziyyətlərinə mənfi təsirinin azaldılma metodikaları və gələcəkdə gözlənilən nəticələr haqqında geniş məlumat verilib.

İSİM-in nümayəndələri son illərdə ölkəmizdə bu istiqamətdə aparılan işlər və nailiyyətlər haqqında, uşaq və yeniyetmələrin sağlamlıqlarının qorunması, maarifləndirilməsi yolunda görülən tədbirlər barədə konfrans iştirakçılarını məlumatlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.