DÜNYA


Moskvada mərhum səfir Andrey Karlovla vida mərasimi keçirilib [YENİLƏNİB] VİDEO

A+ A

Moskva, 22 dekabr, AZƏRTAC 

Dekabrın 22-də Moskvada Rusiya Federasiyasının Türkiyə Respublikasında qətlə yetirilmiş səfiri Andrey Karlovla vida mərasimi keçirilib.

Rusiya Prezidenti Vladimir Putin mərasimdə iştirak edib.

Prezident mərhum səfirin anasına, xanımına və oğluna başsağlığı verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyasının Qəhrəmanı Qızıl Ulduzunu mərhumun oğluna təqdim edib.

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski mərasimdəki çıxışında səfirin qətlini təhrikçilik kimi qiymətləndirərək deyib ki, bu terror aktı Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinə yönəlib.

Rusiya Diplomatik Akademiyasının rektoru Yevgeni Bajanov mərhum səfiri xatırlayaraq bildirib ki, A.Karlov bu günlərdə ona zəng vuraraq Türkiyə diplomatlarının akademiyada təhsil almasına dair saziş imzalanmasını xahiş etmişdi. Rektor deyib: “Biz bütün sənədləri hazırladıq və Andrey Karlovun qətlindən bir gün əvvəl məktub aldıq ki, Türkiyə diplomatlarının birinci qrupu artıq Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyada təhsil almaq üçün gəlir. A.Karlovun ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinin konkret nəticəsi budur”.

Andrey Karlov son mənzilə Müqəddəs Məsih Məbədindən yola salınıb.

Xatırladaq ki, Andrey Karlov dekabrın 19-da Ankarada qətlə yetirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.