DÜNYA


Moskvada qeydiyyatsız qalma müddəti azaldılacaq

Moskva, 1 iyun, AZƏRTAC

Bu il Moskvada keçiriləcək futbol üzrə Konfederasiya Kuboku oyunları dövründə (iyunun 17-dən iyulun 2-dək), habelə 2018-ci il Dünya çempionatı oyunları zamanı şəhərə gələnlərin qeydiyyatına dair yeni qaydalar tətbiq edilir. Moskvaya gəlmiş əcnəbilərin bu ölkədə qeydiyyatsız yaşama müddəti 7 gündən bir günədək azaldılacaq. Oyunlar dövründə xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs Rusiya paytaxtında yalnız bir gün qeydiyyatsız qala bilər.

Rusiya DİN-in saytında yerləşdirilmiş məlumata görə, Rusiya vətəndaşlarına aid qaydalar da dəyişdiriləcək. Belə ki, indi RF vətəndaşları paytaxtda qeydiyyatsız 90 gün qala bilirlərsə, oyunlar dövründə bu müddət 7 günədək azaldılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.