İQTİSADİYYAT


Moskvada standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə MDB-nin iqtisadi inkişaf strategiyası müzakirə olunub

Bakı, 9 dekabr, AZƏRTAC 

Dekabrın 7-9-da Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası rəhbərlərinin 50-ci iclası keçirilib. İclasa sədrlik edən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlərin planı barədə məlumat verib.

Bunu AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Komitə sədri, həmçinin MDB-nin qarşılıqlı ticarətdə texniki baryerlər barədə qarşılıqlı anlaşma sazişinin müzakirəsi, ölkələrarası standartların tətbiqi və yayılması, 2016-2018-ci illərdə yeni müasir tələblərə cavab verən etalonların hazırlanması, milli etalonların məlumat bazasının formalaşdırılması, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasının qarşılıqlı tanınması və digər məsələlərə toxunub.

İclasda məhsulların və xidmətlərin keyfiyyəti sahəsində əldə edilən nailiyyətlərə görə müsabiqə haqqında MDB Hökumət başçıları Şurasının qərarlarının icrası, 2016-2018-ci illər üçün dövlətlərarası standartlaşdırma üzrə proqramın aktuallaşdırılması, standartlaşdırma üzrə dövlətlərarası texniki komitələrin fəaliyyətinin sistemləşdirilməsi, sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması və üzv ölkələrin milli sertifikatlaşdırma sistemlərinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı mövzular da müzakirə edilib.

Qərara alınıb ki, MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans və rəhbərlər şurasının növbəti iclası 2017-ci ilin 30 may-1 iyun tarixlərində Azərbaycanda keçirilsin.

2016-2017-ci illərdə Azərbaycan Respublikası sözügedən Dövlətlərarası Şuraya sədrlik edir.

İclasda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti, Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyin sədri Aleksey Abramov, həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər respublikaların milli orqanlarının rəhbər şəxsləri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.