DÜNYA


Moskvaətrafı yolda baş vermiş qəzada 7 nəfər ölüb

A+ A

Moskva, 26 oktyabr, AZƏRTAC 

Moskva ətrafındakı “Don” avtomobil yolunun ödənişli hissəsində mikroavtobusun iki yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.

Moskvaətrafı vilayət polisinin məlumatına görə, əvvəlcə iki yük maşını toqquşub, sonra içində 12 sərnişin olan mikroavtobus qəzaya düşmüş yük avtomobillərinə çırpılıb. Mikroavtobusun saatda 100 kilometr sürətlə hərəkət etdiyi bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.