DÜNYA


Moskvalı haker Vladimir Putinin şəkli olan dollar çap etdirir

Bakı, 9 avqust, AZƏRTAC

Moskvalı haker qazanc əldə etmək üçün qeyri-adi üsula əl atıb.

AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, haker Rusiya Prezidenti Vladimir Putinin təsviri olan suvenir dollar çap etdirir. Suvenir pulu daha çox “Police Dog” təxəllüsü ilə tanınan Sergey Pavloviç buraxır. Haker, həmçinin ABŞ Prezidenti Donald Trampın rəsmi olan suvenir dollar da çap etdirir.

Qeyd edək ki, 2000-ci ilin sonlarında Sergey Pavloviç ABŞ ərazisində 40 milyon dollar oğurladığına görə mühakimə olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.