ELM VƏ TEXNOLOGİYA


Moskvanın mərkəzində XIV əsrə aid yeraltı bazar aşkarlanıb

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Moskvada qəza əleyhinə aparılan işlərdə iştirak edən arxeoloqlar XIV əsrə aid yeraltı bazar aşkarlayıblar.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, qazıntı zamanı əldə edilən tapıntılar arasında Qızıl Orduya və rus çarlarına məxsus sikkələr, qərbi Avropa əhalisinə aid əmtəə möhürü və digər əşyalar var.

Bütün artefaktların XIV – XVIII əsrlərə aid olduğu və bu tapıntıların mütəxəssislər tərəfindən ətraflı öyrənildikdən sonra yerli muzeylərdən birinin kolleksiyasına daxil ediləcəyi bildirilir.

Qeyd edək ki, tədqiqatçılar tapıntının o dövrdə fəaliyyət göstərmiş, xüsusi keçidlə şəhərdən ayrılan yeraltı bazarın qalıqları olduğunu ehtimal edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.