DÜNYA


Moskvanın mərkəzində erməni mənşəli sahibkar bank əməkdaşlarını girov götürüb

A+ A

Moskva, 24 avqust, AZƏRTAC 

Moskvanın mərkəzində erməni mənşəli sahibkar Aram Petrosyan “Citybank”ın filiallarından birində bankın əməkdaşlarını girov götürüb.

Rusiya KİV-lərinin yaydığı xəbərə görə, üzərinə içində bomba olduğu ehtimal olunan qutu bağlamış 50-55 yaşlarında erməni mənşəli sahibkar banka daxil olaraq 4 nəfər əməkdaşı girov götürüb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onunla danışıqlar aparırlar. Onun hansı tələblər irəli sürdüyü hələlik məlum deyil. Ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.