Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilldən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dünyada Sizi ən çətin məsələləri həll etməyə qadir olan təcrübəli və əsl peşəkar siyasi xadim kimi tanıyırlar. Siz hörmətli atanız Heydər Əlirza oğlunun siyasətini davam etdirərək ali dövləti vəzifədə fədakarcasına Vətənin və xalqın rifahına xidmət edirsiniz.

Bu gün Azərbaycan sosial-iqtisadi və mədəni sahələrdə dinamik inkişaf edir. Sevindirici haldır ki, Siz öz fəaliyyətinizdə respublikada millətlərarası və dinlərarası sülhün dəstəklənməsinə də böyük önəm verirsiniz.

Əminəm ki, dövlət hakimiyyəti ilə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunub saxlanmasına və ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar edilməsinə yönələn səmərəli qarşılıqlı fəaliyyəti daha da möhkəmlənəcək.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, mənəvi rahatlıq, bütün xeyirxah işlərdə və təşəbbüslərdə uğurlar diləyirəm.

 

Hörmətlə,

Kirill

Moskvanın və bütün Rusiyanın Patriarxı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin