DÜNYA


Mosul əməliyyatına türk ordusunun təlim keçdiyi 1500 nəfər qatılacaq

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Mosul uğrunda döyüşlərdə Türkiyənin İraqda yerləşən Başika düşərgəsində təlim keçmiş 1500 nəfər iştirak edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İŞİD qruplaşmasına qarşı əməliyyatlara türklər tərəfindən təlim görən şiələr, yezidilər və xristianlar cəlb olunub. Türkiyə hərbçiləri hazırda əməliyyatlarda iştirak etməsə də, vəziyyəti diqqətdə saxlayır.

Ümumilikdə isə Mosul əməliyyatına 60 mindən çox döyüşçünün qatıldığı bildirilir. Onlara ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi hava qüvvələri, hökumət aviasiyası və artilleriya birləşmələri dəstək verir.

KİV-lərin məlumatına görə, hökumət qüvvələrinin tərkibinə İraq ordusunun hərbçiləri, antiterror dəstələri, federal və yerli polisin əməkdaşları, “Peşmərgə”, şiə yaraqlıları, yerli sünni tayfalarından ibarət könüllülər daxildir. Bundan başqa, əməliyyatın keçirildiyi bölgələrə yüzlərlə ağır texnika və artilleriya qurğuları cəlb edilib.

Xatırladaq ki, ölkənin Baş naziri Heydər əl-Abadi oktyabrın 17-nə keçən gecə Mosul uğrunda hərbi əməliyyatların başladığını elan edib.

İraqın ikinci ən böyük şəhəri olan Mosulda 1,3 milyon insan yaşayır. Şəhər artıq iki ildən artıqdır ki, İŞİD qruplaşmasının əsas dayaq məntəqəsidir. İraq kəşfiyyatının məlumatına əsasən, Mosulda 6 mindən çox yaraqlı var.

Bu arada BMT nümayəndəsi hərbi əməliyyatların dinc sakinlər üçün yarada biləcəyi təhlükədən narahatlığını bəyan edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.