DÜNYA


Mosul əməliyyatlarında İraq ordusunun 20 min hərbçisi həlak olub və yaralanıb

Bakı, 21 iyul, AZƏRTAC

Mosulun İŞİD-dən azad edilməsi üçün aparılan hərbi əməliyyatlarda İraq ordusunun və polisinin həlak olan və yaralanan əməkdaşlarının sayı təxminən 20 min nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın vitse-prezidenti Nuri-əl-Maliki bildirib.

Xatırladaq ki, Mosulda əməliyyatlar keçən ilin oktyabr ayında başlayıb. 9 ay davam edən əməliyyatlarda ordunun xüsusi təyinatlı dəstələri, federal polis qüvvələri, bölgədə fəaliyyət göstərən şiə könüllülərinin “Əl-Həşd əş-Şəəbi” qruplaşmasının silahlıları iştirak edib. Havadan İraq ordusuna ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyasının aviasiyası dəstək verib.

İraqın Baş naziri Heydər əl-Əbadi ötən həftə, şəhəri üç ildən çox nəzarətdə saxlayan İŞİD qruplaşması üzərində qələbə qazanıldığını rəsmən elan edib. Qruplaşmaya qarşı əməliyyatlara rəhbərlik edən amerikalı general Stiven Taunsend isə Mosulun silahlılardan tam təmizlənməsi üçün bir neçə həftə lazım gələcəyini bildirib.

KİV-lər hərbi əməliyyatların gedişində 40 mindən çox Mosul sakininin həlak olduğuna dair məlumatlar da yayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.