DÜNYA


Mosul ətrafında gedən döyüşlərdə 25 “Peşmərgə” döyüşçüsü həlak olub

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Mosul uğrunda bir sutkadır ki, davam edən döyüşlərdə həlak olan kürd döyüşçülərinin sayı 25 nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əməliyyatların gedişində “Peşmərgə” döyüşçüləri 10 yaşayış məntəqəsini İŞİD yaraqlılarından təmizləyərək bəzi yerlərdə Mosul şəhərinə 6 kilometrə qədər yaxınlaşa bilib.

Bir qədər əvvəl isə İraq Kürdüstanının vitse-prezidentinin oğlu Şalau Kosrad Rəsulun döyüşlərdə yaralandığı məlum olub.

Mosulun İŞİD terror qruplaşmasından azad olunması məqsədi daşıyan döyüşlərdə Türkiyənin İraqda yerləşən Başika düşərgəsində təlim keçmiş 2 min nəfər də iştirak edir. Ümumilikdə isə Mosul əməliyyatına 80 minədək döyüşçünün cəlb olunduğu bildirilir. Onlara ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi hava qüvvələri, hökumət aviasiyası və artilleriya birləşmələri dəstək verir. Son məlumata görə, əməliyyata Türkiyə aviasiyası da qoşulub.

Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-Abadi oktyabrın 17-ə keçən gecə Mosul uğrunda hərbi əməliyyatların başlandığını elan edib.

İraqın ikinci ən böyük şəhəri olan Mosulda 1,3 milyon insan yaşayır. Şəhər artıq iki ildən çoxdur ki, İŞİD qruplaşmasının İraqdakı əsas dayaq məntəqəsidir. İraq kəşfiyyatının məlumatına əsasən, Mosulda 6 mindən çox yaraqlı var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.