DÜNYA


Mosulda partlayış: azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb

Bakı, 25 iyun, AZƏRTAC

İraqın Mosul şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, France Press agentliyinin İraq hərbi mənbələrinə istinadla yaydığı məlumata görə, terrorçu özünü köhnə məhəllələrdən birində mühasirəyə alınmış şəhəri tərk etmək istəyən kütlənin arasında partladıb. Ölənlər və yaralananlar arasında qadınların və uşaqların olduğu bildirilir. Press TV telekanalı şənbə günü İraq ordusunun mülki şəxslərin Mosulu tərk edə bilməsi üçün bir neçə təhlükəsiz dəhliz təşkil etməyə nail olduğunu xəbər verir.

Bir qədər əvvəl isə KİV-lər belə məlumat yaymışdılar ki, İraq hərbçiləri İŞİD terror qruplaşmasının 200-dən də az üzvünün müdafiə mövqeyi tutduğu şəhər mərkəzinə hücuma hazırlaşırlar. Ordu komandanlığının məlumatına əsasən, Mosulun azad edilməsi artıq sayılı günlərin işidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.