DÜNYA


Mosulun qərbində yenidən şiddətli döyüşlər başlayıb

Bakı, 13 iyul, AZƏRTAC

Mosulun qərb hissəsindəki bir neçə rayonda hökumət qüvvələri ilə İŞİD terror qruplaşmasının yaraqlıları arasında yenidən döyüşlər başlayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün xüsusən Aş-Şahvan və Al-Maydan rayonlarında silahlı toqquşmalar şiddətlənib, bir neçə hərbçi yaralanıb. Döyüşlərin artıq üç gündür davam etməsinə baxmayaraq, güc strukturları bu rayonlarda irəliləyə bilmirlər. Onların köməyinə könüllülər gəlir. Hərbçilərə, eyni zamanda, havadan döyüş və kəşfiyyat uçuşları həyata keçirən helikopterlər kömək göstərir.

Yaraqlılar ölkənin böyüklüyünə görə bu ikinci şəhərini üç ildən çox idi ki, öz əllərində saxlayırdı. İraqın Baş naziri Heydər əl-Abadi iyulun 10-da Mosulda İŞİD üzərində qələbə qazanıldığını rəsmən elan edib. Hərbi əməliyyatların komandanı, ABŞ generalı Stiven Taunsend isə bildirib ki, şəhərin yaraqlılardan təmizlənməsi daha bir neçə həftə çəkəcək.

Şəhərdə humanitar böhran fəlakət həddinə çatıb. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, ötən ilin oktyabrından bəri davam edən hərbi əməliyyatlar səbəbindən Mosulun 1 milyon 34 min sakini məcburi köçkünə çevrilib. Onların 821 min nəfərindən çoxu hələ də evlərinə qayıda bilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.