Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mövlud Çavuşoğlu: Güclü diplomatiya, effektli vasitəçilik

Mövlud Çavuşoğlu: Güclü diplomatiya, effektli vasitəçilik

Bakı, 29 iyun, AZƏRTAC

Türkiyənin münaqişələrin sülh yolu ilə həlli və vasitəçilik məsələlərinə verdiyi əhəmiyyət çərçivəsində iyunun 30-da İstanbulda “Güclü diplomatiya, effektli vasitəçilik” mövzusunda IV İstanbul Vasitəçilik Konfransı keçiriləcək. Konfrans münaqişələrin qarşısının alınması və həllində əhatəli, kompleks yanaşmaya ehtiyac duyulduğu və vasitəçilik metodundan bu məqsədlə daha geniş şəkildə istifadə edilə biləcəyi düşüncəsi ilə təşkil edilir.

AZƏRTAC Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun konfrans barədə “Güclü diplomatiya, effektli vasitəçilik” sərlövhəli məqaləsini təqdim edir.

x x x

“Güclü diplomatiya, effektli vasitəçilik” mövzusunda IV İstanbul Konfransı 2017-ci il iyunun 30-da keçiriləcək. Dünyanın hər tərəfindən mütəxəssislər, diplomatlar, praktiklər və alimlər qabaqcıl metod kimi münaqişələrin qarşısının alınmasında və həllində vasitəçiliyin inkişaf etdirilməsi yollarını araşdıracaqlar.

Vasitəçilik mövzusu Türkiyə və Finlandiyanın Birləşmiş Millətlər Təşkilatında “Sülh Naminə Vasitəçilik” təşəbbüsünə rəhbərlik etdiyi gündən indiyədək qlobal miqyasda yüksələn xətlə inkişaf etməkdədir. Həmin təşəbbüsün nəticəsi kimi yaradılan Vasitəçilik Üzrə Dostlar Qrupunun bu gün 48 ölkə və 5 beynəlxalq təşkilat olmaqla ümumilikdə 53 üzvü var. Bununla yanaşı BMT, regional, subregional təşkilatlar və vətəndaş cəmiyyəti müstəvisində də qabaqlayıcı diplomatiya və vasitəçilik sahəsində beynəlxalq güc məsələsində əhəmiyyətli irəliləyiş əldə edilib. Qrup vasitəçiliyin inkişaf etdirilməsi sahəsində BMT-də qabaqcıl platformaya çevrilib, vasitəçiliyin normativ və konseptual çərçivəsinin genişləndirilməsinə zəmin hazırlayan BMT-nin Baş Məclisinin dörd qərarının qəbul edilməsinin təşəbbüskarı olub. Qrup, eyni zamanda, dünya miqyasında alimlərdən praktiklərə qədər vasitəçilik sahəsində fəaliyyət göstərən hər kəs üçün fundamental sənəd xarakteri daşıyan 2012-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatının Effektiv Vasitəçilik Üzrə Məlumat-Sorğu Kitabı”nın hazırlanmasına da mühüm töhfə verib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş BMT-nin vasitəçilik dəstəyi imkanlarının daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Baş katibin bu səyləri təqdirlə qarşılanır. Biz də Türkiyə olaraq BMT-nin bütün üzvlərinə bugünkü münaqişələrin qarşısını almaq və onları həll etmək məqsədilə baş katib Quterreşin geniş əhatəli baxış və səylərini dəstəkləmək çağırışı ilə çıxış edirik. Türkiyə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Belə ki, Türkiyə kəskin və dondurulmuş münaqişələrin mövcud olduğu bölgənin qonşuluğunda yerləşən bir ölkədir. Buna görə də münaqişələrin qarşısının alınması və sülh yolu ilə həlli anlayışı Türkiyənin təşəbbüskar və humanitar xarici siyasətinin əsas xüsusiyyətləri sırasında özünü göstərir. Türkiyə Afrikadan Orta Şərqə, buradan Balkan ölkələrinə və Qafqaza qədər geniş coğrafiyada çoxçeşidli vasitəçilik cəhdləri göstərib, sülhün bərqərar olmasını humanitar yardım-inkişaf kontekstində nəzərdən keçirən yanaşmanı qəbul edib. Türkiyə bu il də adambaşına humanitar yardım baxımından dünyanın ən səxavətli ölkəsi imicini qoruyub saxlaya bilib.

Türkiyə 2012-ci ildən başlayaraq İstanbul Vasitəçilik konfranslarına ev sahibliyi edir. Bu konfranslar münaqişələrin qarşısının alınması və vasitəçilik fəaliyyəti sahəsində çox sayda praktik və alimin bir araya gətirilməsi qayəsi ilə təşkil olunur. Konfransların məqsədi nəzəriyyə və praktika arasında sinerjini təşviq etmək və beynəlxalq ictimaiyyətin vasitəçilik cəhdlərinin əhatə dairəsini, hədəfə çatma imkanlarını və effektivliyini artırmağa kömək etməkdir. Fürsətdən istifadə edərək dünya miqyasında hər gün müxtəlif münaqişələrin həllində fəal rol oynayan vasitəçilərin cəhdləri qarşısında minnətdarlığımı ifadə etmək istəyirəm.

Konfrans bu il vasitəçilik metodu və praktikasının müasir dövrün tələblərini əsas götürmək məsələsinə hansı yolla daha effektiv şəkildə hərəkət edilə biləcəyini araşdırmağı hədəf kimi seçib. Bu kontekstdə xüsusilə iki suala cavab axtarılacaq. Bunlardan birincisi münaqişə tsiklinin bütün mərhələlərində, başqa sözlə, münaqişələrin qarşısının alınmasından həllinə və bundan əldə edilən razılaşmadan sonra sülh müqaviləsinin tətbiqinə qədər keçən bütün prosesdə vasitəçiliyin potensialının praktikada istifadə yollarının nələrdən ibarət olmasının araşdırılmasıdır. Cavab axtaracağınız ikinci vacib sual siyasi, etnik və dini baxımdan qərəzli fikirlərin səbəb olduğu düşmənçilik mühitində vasitəçilikdən qabaqlayıcı mexanizm kimi daha çox istifadə üçün hansi modellərin tətbiq edilə biləcəyi məsələsi olacaq.

Bu suallardan ikincisi təəssüf ki, müxtəlif siyasi, sosial və dini amillərə söykənən düşmənçiliklərdən irəli gələn ekstremist xarakterli tendensiyalara şahidlik etdiyimiz müasir dövrdə xüsusi diqqət yetirilməli olan problemə çevrilib. Avropada müsəlmanlara və qaçqınlara qarşı təcavüzlərin sayının artması bu vəziyyətin tipik nümunəsidir. Bu kontekstdə “qarşısını almaq” məsələsi əsas amil kimi qarşımıza çıxır. Digər tərəfdən, bu qəbildən olan münaqişələrin qarşısının alınması yalnız cəmiyyətlərin bir-birindən fərqli olmalarını dərk etməsi, bu müxtəlifliyə hörmətlə yanaşmağı qəbul etməsi və həqiqi dialoq və qarşılıqlı təsir yolunu seçmələri ilə mümkün ola bilər. Bu sahədə konkret münaqişə vəziyyəti ilə bağlı mədəni davranış qaydaları məsələsində yüksək hazırlıqlı vasitəçilərin diqqətəlayiq uğur qazana biləcəklərinə inanıram. Bunun üçün isə gənclərin vasitəçilik missiyası istiqamətində hazırlığı tendensiyasının gücləndirilməsi, qadınların vasitəçi kimi fəaliyyətinin təşviq edilməsi və bu qrupların düzgün istiqamətdə hazırlanması qarşıdakı həll yolları ola biləcək.

Sülhü hakim qlobal reallığa çevirmək yolunda bizi böyük sınaqların gözlədiyi bir həqiqətdir. Lakin bu sınağın özündə ehtiva etdiyi imkanları görə bilmək də bizim vəzifələrimizə daxildir. Buna görə də beynəlxalq ictimaiyyətin vasitəçilik də daxil olmaqla münaqişələrin sülh yolu ilə həlli sahəsindəki imkanlarının artırılması istiqamətindəki istək və iradəsi prioritet məsələyə çevrilməlidir.

Bu fikirlərlə IV İstanbul Vasitəçilik Konfransının iştirakçılarına “Türkiyəyə xoş gəldiniz” deyir, beynəlxalq ictimaiyyəti vasitəçilik sahəsində əməli işə keçməyə dəvət edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur