DÜNYA


Mövlud Çavuşoğlu İŞİD-ə qarşı yerüstü əməliyyatlara başlamağa çağırıb

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu Suriyada yerüstü əməliyyatlar aparmadan İŞİD qruplaşmasına qalib gəlməyin mümkün olmayacağını bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə o, CNN telekanalına verdiyi müsahibədə bildirib. Türkiyənin “Fərat qalxanı” əməliyyatı çərçivəsində hərbi planlarını şərh edən nazir Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına nail olmağa çalışdıqlarını deyib: “Planlar belədir: “Minbic cibi” adlanan regionu İŞİD-dən azad edərək onu təhlükəsizlik zonasına çevirmək və bundan sonra əl-Bab şəhərini ələ keçirmək lazımdır”.

Koalisiyasının 65 ölkəsinə qarşı cəmi 30 min yaraqlının döyüşdüyünü xatırladan Çavuşoğlu, həmçinin İŞİD qruplaşmasının paytaxtı sayılan Suriyanın Rakka və İraqın Mosul şəhərlərinin də azad edilməsinin vacibliyini vurğulayıb. “Bizim bir düşmənimiz var və ona qarşı birgə hərəkət etməliyik. Cerablus əməliyyatından sonra hamıda əminlik yaranıb ki, İŞİD-ə asanlıqla qalib gəlmək olar”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, avqustun 24-də Türkiyə “Fərat qalxanı” əməliyyatına başlayıb və türk hərbçilərinin köməyi ilə Azad Suriya Ordusu Cerablusu 8 saat ərzində azad etməyə nail olub. Hazırda Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri Cerablus və Azaz arasındakı 90 kilometrlik ərazini İŞİD terrorçularından təmizləyərək cənub istiqamətində irəliləməyə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.