Mövlud Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır
Qaziantep, 16 yanvar, AZƏRTAC
Türkiyənin Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunub. Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdıran nazir bildirib ki, Türkiyə hökuməti ATƏT-in Minsk qrupu çərçivəsində qardaş Azərbaycana bu problemin ədalətli həlli üçün hər cür dəstəyini verməkdədir. M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.
Qeyd edək ki, konfransda Türkiyənin hökumət üzvləri, xarici ölkələrdəki səfirləri, bölgədəki vilayətlərin rəhbər şəxsləri, görkəmli alimlər, o cümlədən ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qaziantep
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [12:21]
Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
- 30.10.2026 [22:23]
TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib
- 30.10.2026 [21:42]
Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib
- 30.10.2026 [20:37]