DÜNYA


Mövlud Çavuşoğlu: Türkiyə Rusiyadan turistləri qəbul etməyə hazırdır

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Türkiyə tərəfi Rusiya Prezidenti Vladimir Putinin turizm səfərlərinə qoyulan məhdudiyyətləri aradan qaldırılması barədə göstərişindən sonra bu ölkədən gələn qonaqları qəbul etməyə hazırdır.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, belə bir bəyanatla çıxış edən Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu turizm agentləri və aviakompaniyaların bu istiqamətdə fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 30-da Türkiyə ilə münasibətlərdə xüsusi tədbirləri korrektə edən fərman imzalayıb. Sənədə əsasən Türkiyəyə turların təşkilindən çəkinmək barədə tövsiyə və çarter aviareyslərini qadağan edən məhdudiyyətlər ləğv olunub.

Digər məhdudiyyətlər hələlik qüvvədə qalsa da, Rusiya hökumətinə Türkiyə tərəfi ilə danışıqlar aparmaq və nəticələrə uyğun olaraq xüsusi tədbirlərin vaxtına və ya xarakterinə dəyişiklik barədə təkliflər daxil etmək göstərişi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.