MƏDƏNİYYƏT


“Moyra” YARAT Film Klubunda

A+ A

Bakı, 4 avqust, Ceyhun Alışlı, AZƏRTAC

Avqustun 9-da YARAT Müasir İncəsənət Məkanı kinosevərləri “Moyra” adlı filminin nümayişinə dəvət edir.

AZƏRTAC YARAT Film Klubunun “facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, ekran əsəri gürcüstanlı rejissor Levan Tutberidzenin quruluşunda təqdim olunacaq.

Film sahilyanı şəhərdə yaşayan ailənin dram hekayəsidir. Mamuka həbsdən çıxdıqdan sonra ailəsini yoxsulluqdan xilas etməyə çalışır. Filmin qəhrəmanının anası xarici ölkələrin birində çalışır, atası – insult keçirmiş əlildir. İşsiz qardaşı isə yerli kriminal aləminin diqqət mərkəzindədir. Mamuka kredit götürərək, ailənin maliyyə vəziyyətini azacıq da olsa yaxşılaşdırmaq üçün kiçik balıqçı qayığı almağa qərar verir. Lakin tale bir çox hallarda zalım və amansız olur.

Filmdə əsas rollarda tanınmış aktyorlar Paata İnauri, Giorgi Xurtsilava, Zaza Magalaşvili, Ketevan Tsxakaia, Jano İzoria, Ani Bebia, David Xurcilava və başqaları çəkilib. Filmin bəstəkarı Nukri Abaşidze, operatoru ispaniyalı Qorka Qomez Andredir. Film ingilis dilində subtitrlər ilə nümayiş olunacaq.

Qeyd edək ki, ekran əsərinin beynəlxalq premyerası 2015-ci ildə San-Sebastian Film Festivalında baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.