DÜNYA


Mozır neft emalı zavodu üç iri texnoloji obyektin tikintisini başa çatdırıb

A+ A

Minsk, 16 iyul, AZƏRTAC

Mozır neft emalı zavodu (NEZ) ümumi dəyəri təxminən 500 milyon ABŞ dolları olan üç yeni istehsal obyektinin tikintisini başa çatdırıb.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, söhbət C4 butan fraksiyasını adsorbsiya üsulu ilə təmizləyən qurğunun, benzinin yüksək oktanlı komponentlərini istehsal edən birləşmiş qurğunun və kükürd istehsalı (kükürd-2) qurğusunun tikintisinin başa çatmasından və istismara verilməsindən gedir. Hər bir obyekt zavodun perspektivli Avropa standartlarına uyğun motor yağları istehsalına və neftin daha dərinləşdirilmiş emalına istiqamətlənmiş inkişaf proqramının bir hissəsidir.

Əvvəllər valyuta ilə alınan bahalı yüksək oktanlı komponentin yerli istehsal məhsulu ilə əvəzlənməsi də böyük əhəmiyyət daşıyır. Mozır NEZ postsovet məkanında neft emalı sahəsində liderlərdən biridir. Zavod Aİ-92, Aİ-95, Aİ-98 kimi yüksək oktanlı benzin markaları, dizel yanacağı, o cümlədən “Euro-5” Avropa standartına və Gömrük İttifaqının 5-ci dərəcəli ekoloji standartının müvafiq tələblərinə uyğun gələn aşağı temperaturlu xassələrlə yaxşılaşdırılmış “Arktika” dizel yanacağını istehsal edir. Müəssisə öz məhsulunun 80 faizə qədərini ixrac edir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.