MƏDƏNİYYƏT


Mstislav Rostropoviçi və Rasim Abdullayevi möhkəm dostluq telləri bağlayıb

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC 

Sentyabrın 7-də L. və M.Rostropoviçlərin ev-muzeyində Xalq Artisti, Azərbaycan violonçel məktəbinin tanınmış nümayəndəsi, professor Rasim Abdullayevə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şeyla Heydərova tədbiri açaraq Mstislav Rostropoviç və Rasim Abdullayevin yaradıcılıq əlaqələrindən danışıb. O, həmçinin görkəmli violonçelçinin həyatından və zəngin yaradıcılıq yolundan söz açıb. Qeyd edib ki, Rasim Abdullayev Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib. Onun əsərləri musiqiçinin emosiyalarını və qəlbini əks etdirir.

Sonra konsert proqramı təqdim edilib. Konsertdə Rasim Abdullayevin qızı Ülviyyə Abdullayeva (fortepiano) və nəvəsi Anastasiya Mişula (skripka) çıxış ediblər. Tədbirdə V.Motsart, E.Blox, P.Çaykovski, E.Vila-Lobos və başqalarının əsərləri səsləndirilib.

Sonda R.Abdullayev muzeyin rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirdə ölkənin mədəniyyət və incəsənət xadimləri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri, musiqi məktəblərinin direktorları və müəllimləri, tələbələr iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.