MƏDƏNİYYƏT


Mstislav Rostropoviçin qızı atasının adını daşıyan muzeydə olub

Bakı, 20 iyun, AZƏRTAC

Dünya şöhrətli violonçel ifaçısı, bəstəkar Mstislav Rostropoviçin qızı, Rostropoviç-Vişnevskaya Xeyriyyə Fondunun prezidenti Yelena Rostropoviç bu yaxınlarda atasının adını daşıyan muzeyin qonağı olub.

AZƏRTAC xəbər verir ki, muzeydə gedən təmir işləri ilə maraqlanan Y.Rostropoviç muzeyin ekspozisiyası ilə növbəti dəfə tanış olub, buranın gələcək fəaliyyəti haqqında təklif və tövsiyələrini verib.

Y.Rostropoviç vaxtilə atasının ona həvalə etdiyi fondun yeni işləri və böyük layihələrinə aid məsələləri muzeyin direktoru Şeyla Heydərova ilə bölüşərək müzakirə edib.

Sonda qonağın istəyi ilə Mstislav Rostropoviçin şərabla çəkilmiş unikal portreti önündə xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.