İDMAN


Muarem Muarem: Qış fasiləsindən sonra çempionatın oyunları daha çətin olur

Bakı, 7 yanvar, AZƏRTAC

Adətən qış fasiləsindən sonra çempionatın oyunları daha çətin olur. Turnir cədvəlində “Qəbələ” və “İnter” ilə xal fərqimiz azdır. Əslində, bu, bir tərəfdən yaxşıdır ki, rəqabət sona qədər davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubunun futbolçusu Muarem Muarem deyib.

Yarımmüdafiəçi bildirib ki, futbolçular həm məşqlərə, həm də oyunlara daha motivasiyalı çıxırlar. Xal fərqinin az olması çempionatın daha maraqlı keçməsinə səbəb olur. “Qış təlim-məşq toplanışında yaxşı hazırlaşıb həm Premyer Liqada, həm də ölkə kubokunda qızıl medalların sahibi olmaq istəyirik. Komandamızda hər bir mövqedə rəqabət var. Həm məşqlərdə, həm də oyunlarda əlimdən gələni etməyə çalışmışam. Rəqabətin olması həm futbolçular, həm də komandamız üçün yaxşıdır”, - deyə futbolçu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.