MƏDƏNİYYƏT


“Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə nəşr olunub

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin ən iri beynəlxalq layihələrindən olan “Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə işıq üzü görüb.

Kitab Misir Milli Tərcümə Mərkəzi ilə ARNK yanında Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən bu irihəcmli (400 səh.) topluda XX əsrdə yazıb-yaratmış yazıçıların hekayələri yer alıb.

Əsərləri ərəb dilinə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi doktor Əhməd Sami Elaydi tərcümə edib.

Antologiyanın təqdimatının yaxın vaxtlarda Misirin paytaxtı Qahirədə keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.