Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Müasir Azərbaycan şeiri” seriyasından olan kitablar ingilis dilində çap olunacaq

Bakı, 10 fevral, Abdulla Suvar, AZƏRTAC

“Müasir Azərbaycan şeiri” seriyasından olan şairlərimizin kitabları ingilis dilində çap olunacaq. Bu barədə AZƏRTAC-a müsahibəsində layihənin rəhbəri, kitabların tərcüməçisi və tərtibatçısı, filologiya üzrə fəlsəfə doktoru, tanınmış yazıçı Kamran Nəzirli bildirib. Bu seriyadan olan hər bir kitaba “Ön söz” yazmış K.Nəzirli deyib ki, artıq kitabların bir neçəsini Tərcümə Mərkəzinə təhvil verib.

-Hansı müasir şairlərimizin kitabları artıq tərcümə olunub?

-Əvvəla qeyd edim ki, bu işləri və layihələri hələ ötən əsrin 90-cı illərindən yalnız öz təşəbbüsümlə görürəm. Düşünürəm ki, bu da bir növ - mədəniyyətimizə, ədəbiyyatımıza, Azərbaycanın əlverişli imicinin formalaşmasına az da olsa bir vətəndaş-mütəxəssis töhfəsi, xidmətidir. O zamanlar bu işləri mərhum tərcüməçimiz, müəllimim, professor Zeydulla Ağayevlə birlikdə həyata keçirirdik. O, nəsr sahəsində, mən isə nəzm sahəsində tərcümələr edirdik. İlk dəfə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz və Cabir Novruzun şeirlərini tərcümə etdim. Lakin çap məsələsində çox çətinliklər çəkirdik. Heç bir qurum bu ağır işi öz üzərinə götürmək istəmirdi, məcbur idik öz vəsaitimiz hesabına nəşr edək və yayaq. O vaxtdan bəri müxtəlif nəsildən olan şairlərimizin - Rəsul Rza, Söhrab Tahir, Nigar Rəfibəyli, Məmməd Araz, Əli Kərim, Xəlil Rza, Musa Yaqub, Nəriman Həsənzadə, Zəlimxan Yaqub və başqalarının poetik nümunələrini ingiliscəyə çevirmişəm. Nəhayət, ötən il Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzi yaradıldı və mərkəzin direktoru, yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsud layihəmə dəstək verdi və nəfis şəkildə bir Antologiya buraxdı. İndi isə qeyd etdiyiniz layihə çərçivəsində Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli və Qulu Ağsəsin kitabları artıq hazırdır və onları da Tərcümə Mərkəzə təhvil vermişəm. Hazırda növbəti kitablar üzərində iş gedir. Burada əsas prinsip müasir şeirdir, onun dünya oxucusu üçün nə dərəcədə maraqlı olmasıdır.

-Nə üçün belə kitabların başqa dillərdə yox, məhz ingilis dilində buraxılmasını vacib hesab edirsiniz?

-Axı, ingilis dili geniş və qlobal səciyyə daşıyır, bu gün qeyri-rəsmi məlumata görə, dünya əhalisinin yarıdan çoxu məhz ingiliscə yazıb-oxuyur. Çin dilini nəzərə almasaq, ingilis dili möhkəm siyasi və iqtisadi əsaslara söykənir, onun yayılma və əhatə dairəsi bir neçə zonaya bölünür: Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya, onun adaları (hələ İkinci Yelizavetanın hakimiyyətinə qədər olan dövrdə (1952) ingilis dilində danışan əhalinin sayı təxminən əlli dəfədən çox artmışdır, indi daha çoxdur), Şimali və Cənubi Amerika, Kanada, Latın Amerikasının bəzi ölkələri, Yer kürəsinin Cənub istiqaməti - Avstraliya, Yeni Zelandiya, Cənubi Afrikanın əraziləri, Cənubi Asiyanın bir çox ölkələri, o cümlədən, Hindistan, Pakistan, Nepal, Sinqapur və s. Təsəvvür edin ki, dünyanın bir neçə zonasında bu dil ana dilidir, bəzi zonalarda ikinci dildir, üçüncü qrup zonalara daxil olan ölkələr ingilislərin işğalına məruz qalmasalar da, ingilis dilinin mədəni təsirini güclü hiss etməkdədirlər (Çin, Yaponiya, Yunanıstan, Şərqi Avropa ölkələri, Rusiya və MDB ölkələri və s...). Buna görə də bizim bütün tarixi-mədəni irs hesab elədiyimiz kitablarımız ilk növbədə məhz ingilis dilinə çevrilməlidir. Bu iş çox sürətlə həyata keçirilməlidir. Bəlkə də gecikmişik...

-Ədəbi nümunələrimiz də həmçinin...

-Əlbəttə. Hesab edirəm ki, müasir Azərbaycanın məfkurə, bədii-fəlsəfi sənət adamlarının poetik düşüncələrini ingilis dilinə çevirib dünyaya çatdırmaq və tanıtdırmaq çox önəmli bir məsələdir. Bu bir mədəniyyətdir. Mədəni xalqı həm də onun ədəbi düşüncə tərzinə, bədii-fəlsəfi təfəkkürünə görə tanıyırlar. İndi biz dünya ədəbi nümunələrini dilimizə çevirməkdən daha çox öz ədəbi nümunələrimizi ilk növbədə ingiliscəyə çevirməliyik. Axı keçmiş sovet dönəmində dünya ədəbiyyatının klassiklərindən tutmuş ta müasir sənət əsərlərinə kimi demək olar ki, ən yaxşı nümunələri kiril əlifbasıyla da olsa tərcümə olunmuşdu. Onları yalnız latın qrafikasında nəşr etmək qalırdı. Doğrudur, bu işlə bir neçə qurum məşğul olur. Amma düşünürəm ki, bu, kifayət deyil. Biz oturub gözləyə bilmərik ki, hansısa qurum və ya qeyri-hökumət təşkilatı vəsait ayıracaq, bu seriyadan olan kitablar da ingilis dilində nəşr olunacaq. Nəşriyyatlar və mədəni sahibkarlar özləri bu işə maraq göstərməlidirlər. Bu, həm də bu sahə ilə məşğul olan hər bir mütəxəssisin vətəndaşlıq borcudur. Təbii ki, bu, sistemli şəkildə olsa, daha yaxşı fayda gətirər. Bir mütəxəssis kimi deyə bilərəm ki, belə seriyadan olan kitabların ortaya çıxarılması heç də asan məsələ deyil, çox çətin, əzablı, məsuliyyətli, lakin qürurverici işdir.

-Sizin bundan əvvəl tərcümə və tərtib etdiyiniz "Müasir Azərbaycan şeiri" Antologiyasının aqibəti necə oldu?

-Deyim ki, bu layihəyə başlayanda bunun nəticə verəcəyinə inanmayanlar çox idi. Lakin yenə qeyd edirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, mərkəzin direktoru Afaq xanım bu layihəmi dəstəklədi və ilk addım kimi “Müasir Azərbaycan şeiri” Antologiyasını (“Candles”) çap etdirdi, London, Serbiya, Çexiya, Belarusda və bir çox başqa ölkələrdə "Candles" kitabının təqdimatını keçirtdi. Bilirsiniz ki, çox yaxşı da qarşılandı. Düşünürəm ki, indi iş adamları və ya ayrı-ayrı qurumlar onsuz da ağır olan durumda mənasız kliplərə, yaxud faydasız şəcərə kitablarına vəsait buraxmaqdansa, belə layihələrə dəstək versələr, daha effektli olar...

-“Müasir Azərbaycan nəsri” seriyasından olan layihənin həyata keçirilməsi istiqamətində hansı işlər görülür. Bunun da "Müasir Azərbaycan şeiri" layihəsi kimi uğurlu alınacağına inanırsınızmı?

-Artıq 50 Azərbaycan yazıçısının hekayəsi seçilib. Onların qruplaşdırılması və tərcüməsi üzərində iş gedir. Vaxt, enerji, texniki məsələlər baxımından belə layihələrin başa gəlməsi üçün ən azı iki il lazımdır. Proses uzundur. Düşünürəm ki, 50 Azərbaycan yazıçısının əsərini bir kitaba sığışdırmaq müəyyən çətinliklər yarada bilər. Buna görə də nəsr antologiyasının tərtibatında və nəşrində prinsip bir qədər fərqli olacaq. Yaşlı nəsil, ortayaşlı nəsil, bir qədər orta və cavan nəsil və gənc nəsil yazıçıları ayrı-ayrı antologiyalarda təmsil olunacaqlar. Yəni hər nəslin bir antologiyası olacaq. Misal üçün yaş qrupu və əlifba sırası prinsipi gözlənilməklə yetmişdən çox yaşı olan yazıçılarımız bir antologiyada, 60-70 arası bir antologiyada, 50-60 arası bir antologiyada və nəhayət, 30-50 arası da bir antologiyada çap ediləcək. Hazırda bir sıra yazıçılarımızın hekayələrinin redaktələri üzərində işləyirəm. Bundan sonrakı mərhələdə bu hekayələr mənim xaricdəki yazıçı və şair dostlarımla razılaşdırılmalıdır. Bütün bunlar hələ son deyil. Elə yazıçılarımız var ki, onların hekayələri artıq ingiliscəyə tərcümə olunub. Onlara bir də baxmaq lazımdır. Antologiyalara elə hekayələr daxil edilməlidir ki, orda yazıçının bədii, estetik, fəlsəfi təfəkkürü müəyyən mənada dünya oxucusuna "görünsün", Azərbaycan xalqının mədəniyyəti, həyat tərzi, qayğıları, düşüncə tərzi qismən öz əksini tapsın. Bu mənada oxuyub seçmək də vaxt tələb edir. İnanıram ki, bu layihəni də uğurla həyata keçirəcəyik.

-Sizə bu çətin, şərəfli və fədakar əməyinizdə uğurlar arzulayırıq.

-Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi