CƏMİYYƏT
Müasir Azərbaycanın gənclər siyasəti Ümummilli Liderin adı ilə bağlıdır
Bakı, 12 dekabr, Flora Şükürova, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycanda gənclərin inkişafına göstərdiyi diqqət və qayğı ölçüyəgəlməzdir. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn tələbə Əli Məmmədov deyib.
O vurğulayıb ki, Ümummilli Lider haqqında, onun gördüyü işlər barədə nə qədər danışılsa yenə azdır. Ulu öndərin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan xalqı demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib.