MƏDƏNİYYƏT


Müasir İncəsənət Muzeyində “Bağ” adlı sərgi açılacaq

A+ A

Bakı, 30 oktyabr, AZƏRTAC

Müasir İncəsənət Muzeyində Eldar Əkbərov və Səbinə Şıxlinskayanın “Bağ” adlı sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərginin eksponatları Abşeron bağları mövzusuna həsr olunur və həmin bağların sürətlə qeybə çəkilən mahiyyətini əks etdirərək, ziyarətçilərin nəzərinə çatdırmağa çalışır.

Eldar Əkbərovun işləri ilk baxışdan mücərrəd, Abşeron sahilində yerləşən bağ evlərinin sənədli fotoşəkilləridir. Səbinə Şıxlinskayanın ərsəyə gətirdiyi performativ instalyasiya isə daha çox viranəlik, itki və yadırğama hallarına qarşı müəllifin şəxsi münasibətini və etirazını əks etdirir.

Sərginin kuratoru Yelena Kapanadzedir.

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Mədəniyyət və Menecment Laboratoriyası” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.