Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Müasir İncəsənət Muzeyində “Bağ” adlı sərgi açılıb

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Müasir İncəsənət Muzeyində Eldar Əkbərov və Səbinə Şıxlinskayanın “Bağ” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin direktoru Xəyyam Abdinov sərgidə nümayiş olunan əsərlərdən söz açıb. Bildirib ki, layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Mədəniyyət və Menecment Laboratoriyası” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində reallaşdırılıb. Abşeron bağları mövzusuna həsr olunan sərginin eksponatları həmin bağların sürətlə qeybə çəkilən mahiyyətini əks etdirərək ziyarətçilərin nəzərinə çatdırır.

Sərginin kuratoru Yelena Kapanadze qeyd edib ki, Eldar Əkbərovun işləri Abşeron sahilində yerləşən bağ evlərinin ilk baxışdan mücərrəd sənədli fotoşəkilləridir. Səbinə Şıxlinskayanın ərsəyə gətirdiyi performativ instalyasiya isə daha çox viranəlik, itki və yadırğama hallarına qarşı müəllifin şəxsi münasibətini və etirazını əks etdirir.

Eldar Əkbərov və Səbinə Şıxlinskaya sərginin keçirilməsində əməyi olan hər kəsə təşəkkür ediblər və burada nümayiş olunan əsərlərin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına ümidvar olduqlarını bildiriblər.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, etimoloji baxımdan rus dilində “bağ” sözünün ekvivalenti olan “daça” sözü şəhərin kənarında yerləşən müvəqqəti yaşayış yerini bildirir. Lakin Rusiya imperiyası və Sovet İttifaqı dövründə “daça”lar mədəni yaddaşın və sosial təcrübənin o dərəcədə ayrılmaz bir ünsürünə çevrilib ki, şəhərin kənarında yerləşən yay evləri dedikdə, bir qayda olaraq, məhz bu söz işlənib.

XIX əsrdə kübar cəmiyyət nümayəndələri yay mövsümünü cah-cəlallı bağlarda keçirirdi. Orta təbəqənin nümayəndələri də oxşar qaydada şəhərin yaxınlığında yerləşən malikanələrdə otaqlar kirayələyirdilər. Bu cür ənənənin yayılması, həmçinin nəqliyyat sisteminin təkmilləşdirilməsi sayəsində baş verib. Oktyabr inqilabından sonra təmtəraqlı mülklər dövlət tərəfindən müsadirə olunaraq sanatoriyalar, istirahət evləri və pioner düşərgələri kimi fəaliyyət göstərməyə başlayıb. Bəzi evlər isə siyasi elita və Sovet İttifaqının “ziyalıları” arasında bölüşdürülüb.

Sovet İttifaqının nonkonformist incəsənət üslubunda kənd yerləri şəhər məkanları ilə müqayisədə daha üstün tutulurdu. Bu cərəyan sovet Azərbaycanında XX əsrin 70-ci illərində formalaşan və hazırda “Abşeron incəsənət məktəbi” adı ilə tanınan istiqamət olaraq məhz Abşeron yarımadası ilə sıx bağlı idi. İncəsənətdə həmin cərəyanın qeyri-rəsmi lideri Mircavad Mircavadov idi. Siyasətlə maraqlanmayan və ekzistensializm tərəfdarları olan həmin məktəbin nümayəndələri ümumbəşəri emosiyaları və təəssüratları rəngarəng palitrada əks etdirirdilər. 1996-2007-ci illərdə əsas ilham mənbəyini Abşeron yarımadasından alan “Labirint” qrupu fəaliyyət göstərib. Qrup üzvləri tərk olunmuş sovet tikililərində və Abşeron yarımadasının boş ərazilərində əsasən lend-art üslubunda müvəqqəti əsərlər yaradıblar. Daha sonra keçmiş sovet sanatoriyaları dəbdəbəli çimərlik otellərinə çevrilib. Əraziyə bu cür müdaxilələr ucbatından Abşeron bağlarına xas həyat tərzi, sadə insan münasibətləri və ünsiyyətləri qeybə çəkilməkdədir. Rəssamlar Səbinə Şıxlinskaya və Eldar Əkbərov ərazinin maddi və qeyri-maddi mirasını məhv edən bu cür dəyişiklikləri diqqətlə izləyib əsərləri vasitəsilə onlara reaksiya nümayiş etdirirlər. Səbinə Şıxlinskaya üçün ilham mənbəyi şəxsi təcrübəsi və Abşeron yarımadasında yerləşən ailə bağı ilə əlaqəli xatirələridir. Şəxsi və sosial yaddaş, məhv edilmə və mühafizə konsepsiyaları arasında rabitə haqqında dərin düşüncələrin istinad nöqtəsi olaraq müəllif ailə arxivində saxlanan video və fotomateriallar seçib. O, performativ instalyasiyasında ərsəyə gətirdiyi surəti ağ boya ilə rəngləyib. İlk baxışdan bu hal vandalizm aktı və rəssamın öz əlləri ilə hazırladığı əsəri məhv etmək arzusuna, habelə öz keçmişinin ləğv edilməsinə eyham kimi görünə bilər. Lakin buna rəğmən bu cür hərəkətin nəticəsində yaranan bəyaz kətan özündə yeni fürsətləri ehtiva edən “ağ vərəq” sayıla bilər.

Eldar Əkbərov öz fotoşəkillərində Abşeron bağlarının xarabalıqlarını, demək olar, tibbi qərəzsizliklə təsvir edib: dağılmış evlərin tutqun görüntüləri, istifadəsiz qalan maşınlar, tikintisi bitməmiş metal konstruksiyaları və adam olmayan çimərliklər bərabər paylaşılan işıqlandırma ilə adi çəkiliş rakursundan lentə alınıb. Rəngli plyonkanın müəllif tərəfindən istifadə olunması və qeyd olunan xarabalıqlarda bitən nəbatat tamaşaçıda qayğısızlıq hissləri oyadır və yaxşılığa doğru dəyişikliklərin olacağı ilə bağlı az da olsa ümid verir.

Sərgi dekabrın 11-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Prezident İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm VİDEO

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib