Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Müasir İncəsənət Muzeyində rəssam və heykəltəraş Hüseyn Haqverdinin sərgisi açılıb

Bakı, 1 noyabr, Türkan Abdullayeva, AZƏRTAC

Müasir İncəsənət Muzeyində rəssam və heykəltəraş Hüseyn Haqverdinin heykəltəraşlıq və qrafika əsərlərindən ibarət “Daş” fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, mərasimi açan muzeyin icraçı direktoru Xəyyam Abdinov sərgini dəstəkləyən və əsas təşəbbüskarı olan “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, Müasir İncəsənət Muzeyinin kuratorial direktoru Aida Mahmudovaya minnətdarlıq edib.

Bildirib ki, Hüseyn Haqverdinin əsərləri tamaşaçıların qarşısında forma və rənglərin çoxmənalı dünyasını açır. Ali klassik rəssamlıq təhsilinə və çoxillik təcrübəyə malik Hüseyn Haqverdinin əsərləri onun zəngin, çoxmənalı daxili dünyasından xəbər verir. Heykəl, qrafika və rəsm – bu sənətkarın geniş ideyalarını təcəssüm etdirməsi üçün istifadə etdiyi alətlərin hələ hamısı deyil.

Xəyyam Abdinov rəssama yaradıcılığında, gələcək layihələrində uğurlar arzulayıb.

Sərginin kuratoru Çingiz Babayev bu sərgini Hüseyn Haqverdini yaradıcılığının uğuru kimi qiymətləndirib və onu bu münasibətlə təbrik edib.

Ölkədə mədəniyyətə, incəsənətə dövlət səviyyəsində böyük diqqət göstərildiyini söyləyən Hüseyn Haqverdi son əsərlərinin təqdim edildiyi bu sərginin təşkilində əməyi olan hər kəsə, həmçinin sərgiyə gələnlərə təşəkkürünü bildirib.

Sonra sərgiyə baxış olub.

Dekabrın 1-dək davam edəcək sərgidə rəssamın 45 heykəltəraşlıq əsəri təqdim olunur. Bura 7 ədəd relyef plitələrindən ibarət silsilə, 9 ədəd dairəvi heykəllər silsiləsi, “Rekviem” silsiləsindən 11, “Totemlər” silsiləsindən 8, “Portretlər” silsiləsindən 10 ədəd heykəl və 7 qrafika əsəri daxildir. Həmçinin rəssam haqqında Həmid Əminin hazırladığı 18 dəqiqəlik sənədli film də təqdim edilir.

Hüseyn Haqverdi yaradıcılığının çox hissəsini möcüzəli materiala - daşa həsr edən heykəltəraşlardandır. Daşa məxsus mahiyyətin təbiiliyinə və keyfiyyətinə peşəkar vurğunluğu səbəbindən rəssamı “daş heykəltəraşı” adlandırmaq olar. Sənətkar sanki hər dəfə daşın yeni sirlərini açaraq bu materialla qırılmaz dialoqda olur. Hüseyn Haqverdinin dediyinə görə, həyatın özü onun əsas ilham mənbəyidir. Həyat haqqında düşüncələr müəllifi, onun paradoksları haqqında fikrə yönəldir. Beləcə, qrafika və heykəltəraşlıq əsərlərindən ibarət seriyalar meydana çıxır. Burada müəllif iki müxtəlif subyekti birləşdirib, arxitektonik yeni orqanizm yaratmağa çalışır. İnsana oxşadılmış arxitektura və ya arxitektonik insan obrazlarında insanın böyük meqapolisin gündəlik ritmlərinin təzyiqi altında qalması və insan tənhalığı probleminin müəllifi dərindən düşündürdüyü əyani görünür. Rəssam, sanki insan təbiətini həssaslıqla dərk edərək, ona böyük şəhərin atmosferinin yad olduğunu anlamışdır. İnsanın təbiətdən uzaqlaşması prosesi çox əsrlər əvvəl başlamışdı. Paradoks ondadır ki, müxtəlif texnologiyaların mənimsənməsiylə, insan tədricən ona məxsus təbii mühitdən uzaqlaşmağa başlayır, nəticədə, hələ də tənhalıq dilemmasının üzərində düşünərək öz təkəbbürlü ideyalarının girovu olaraq qalır.

Həyatın gündəlik reallıqlarına məhəl qoymayan Hüseyn Haqverdi insanın daxili dünyasının gerçəkliyinə üstünlük verir və həyat prosesinin mahiyyətinə dərindən nüfuz edir. O, kəskin çevrələrlə və sərt siluetlərlə müxtəlif heykəllər yaradır və beləliklə, insana zorla qəbul etdirilən yolverilməz ümumi kütləvi saxta mədəniyyətə qarşı öz etirazını vizuallaşdırır. Burada müəllifin xarakterinin fərqləndirici xüsusiyyətlərindən biri - üsyankarlığı görünür və onun bədii obrazının ətrafında xarizmatik şəxsiyyətinin sirri yaranır. Yaratdığı obrazlar vasitəsilə müəllif bizə öz əhval-ruhiyyəsini və həyəcanlarını çatdırır. Onlar, sanki rəssamın ruhunun avtoportretləri kimi qarşımıza çıxır. Heykəltəraş, daşın təbiətindən istifadə edərək, sanki zərif, yüngül zərbələrlə onun təbii bütövlüyünü pozur və xəyalən tamaşaçıya əsas ideyanı inkişaf etdirmək imkanı yaradır. Yaradılmış obyektlə interaktiv əlaqədə olarkən, tamaşaçı sənətkarın məxfi yaradıcı prosesində iştirak etmək fürsəti əldə edir. Beləliklə də, yaradıcılıq prosesini, müəllifi və tamaşaçını birləşdirən unikal bir anın şahidi oluruq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub