ELM VƏ TƏHSİL
Müasir dilçiliyin aktual problemləri müzakirə olunacaq
Bakı, 5 iyul, AZƏRTAC
Noyabrın 24-25-də Sumqayıt Dövlət Universitetində (SDU) “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, SDU-nun və akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək istəyənlər məruzələrinin tezislərini noyabrın 10-dək konfransın təşkilat komitəsinə göndərməlidirlər.
Konfransın işi “Ədəbi dil və dil normaları qloballaşma şəraitində: mövcud vəziyyət və problemlər”, “Türkologiya, kütləvi informasiya vasitələrinin dili”, “Müqayisəli dilçilik: dillərin linqvodidaktik təsviri”, “Üslubiyyat və semantika”, “Tərcüməşünaslıq: nəzəriyyə və təcrübə”, “Multikulturalizm və dil” mövzularında bölmələr üzrə təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]